USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin Rəisi ilə yeni dövlətlərarası saziş imzalamağa hazırlaşır

19.07.2022 Siyasət
0 0
“Rusiya İranla ikitərəfli münasibətləri yeni səviyyəyə – strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağı planlaşdırır”.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə yeni dövlətlərarası saziş imzalamağa hazırlaşırlar: “Bunu iyulun 19-da Tehranda keçiriləcək görüşdə müzakirə edəcəklər”.

Qeyd edək ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi ilə görüşmək üçün İrana səfər edəcək. Həmçinin Rusiya lideri İranın Ali lideri Əli Xamenei ilə də görüşməyi planlaşdırır.