USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Onlar “dəhliz” sözündən qorxurlar, Zəngəzur yolu açılmasa, Azərbaycanın alternativi var” - Elmar Məmmədyarov

21.07.2022 Siyasət
0 0
“Zəngəzur dəhlizinin açılması iqtisadi baxımdan çox sərfəlidir. Ona görə də dəhlizin açılması hamı üçün maraqlıdır. Azərbaycan, Türkiyə, Rusiya, eyni zamanda İran üçün. Ermənistan rəhbərliyi deyir ki, yolun açılmasında maraqlıdır. Onlar “dəhliz” sözündən qorxurlar. Amma deyirlər ki, yol açılmalıdır. Belə bir şərh verməzdim ki, İran rəhbərliyi dəhlizin açılmasının əleyhinədir. Əgər Zəngəzur yolu açılmazsa, Azərbaycanın alternativi var. Azərbaycanla İran arasında İranın ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Yəni Naxçıvana İrandan keçməklə yol açılacaq”.

Kommersant.az bildirir ki, bu sözləri Pravda.az-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxması barədə danışarkən deyib.

“Ermənistan rəhbrəliyi hansısa səbəbdən Mehridən və s. yol keçməsinə razılıq verməyəcəksə, Mincivandan, Azərbaycan tərəfindən keçməsinə İran tərəfi tam şəkildə, inanıram ki, razılıq verəcək. Artıq Azərbaycanın xarici işlər naziri Tehranda olanda bunu elan edib ki, yolu İran tərəfdən çəkə bilərik. Çəkməliyik. Söhbət İranla Ermənistan sərhədini kiminsə bağlayacağından, ya da bağlamaq niyyətində olmasından getmir. Bilmirəm ki, İran mediası nə üçün belə bir məlumat yayıb. İranla Ermənistanın suverenliyi hüquqidir. Kimsə demir ki, sərhədləri bağlatdıraq. Sərhədi açmaq, bağlamaq hər ölkənin suveren hüququdur”, - E.Məmmədyarov bildirib.