USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukrayna Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərini məhv edib

25.07.2022 Siyasət
0 0
Ukrayna ordusu Xerson vilayətində Rusiyanın S-300 hava hücumundan müdafiə sistemini məhv edib.

"Kommersant.az" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna ordusu Xerson bölgəsində Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərini məhv etdiyi yeni video yayımlayıb. Cənubi Xerson bölgəsində çəkilmiş görüntülərdə Ukrayna qüvvələrinin S-300 yerüstü raket komplekslərinin ən azı iki buraxılış qurğusunu və bir komanda məntəqəsi vasitəsini müvəffəqiyyətlə məhv etdiyi görülüb.

Rusiyanın fevralın 14-dən indiyədək müasir Pantsir-S1 və Buk-M2 də daxil olmaqla 65-dən çox hava hücumundan müdafiə yerüstü raket sistemini itirdiyi bildirilir.