USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süleyman Soylu istefa verib

27.09.2022 Siyasət
0 0
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun istefa verməsi ilə bağlı məlumatlar yayılıb.

O, ölkənin Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa ərizəsini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçısının istefa ərizəsinə nə cavab verdiyi hələ ki, məlum deyil. Bəzi mənbələr R.T.Ərdoğanın istefa ərizəsini qəbul etdiyini bildirib.

“Milli Gazete”nın xəbərinə görə, AKP üzvü Faruk Çəlik Türkiyənin yeni daxili işlər naziri təyin olunacaq.

Xatırladaq ki, S.Soylu 2021-ci ildə də istefa ərizəsi yazmışdı. Ancaq R.T.Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.