USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çavuşoğlu Yunanıstanı hədələdi

29.09.2022 Siyasət
0 0
Yunanıstanın hərbisizləşdirilmiş Lesbos və Samos (Midili və Sisam) adalarına ABŞ istehsalı olan zirehli maşınlar göndərməsindən sonra Afinanın təxribatlarına Ankaradan reaksiyalar bir-birinin ardınca gəlməkdə davam edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Yunanıstanın təxribatları ilə bağlı açıqlamalar verib.

“Yunanıstan adaları silahlandırarkən biz də lazımi addımları atacağıq”, - deyə o bildirib.

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldığı televiziya proqramında Yunanıstanla bağlı açıqlamalar verərək, ABŞ-ın hərəkətini qəbuledilməz adlandırıb.