USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderləri görüşəcək

06.10.2022 Siyasət
0 0
Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq.

Liderlər Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsindfə bir araya gələcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşmüşdülər.

Xatırladaq ki, bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla N.Paşinyan arasında görüş olacaq.