USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan MN Ermənistanın iddialarını təkzib etdi

18.10.2022 Siyasət
0 0
“Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd edilib.