USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq”

21.10.2022 Siyasət
0 0
“Binəli Yıldırım tibbi yardım təyyarəsi ilə Türkiyəyə qayıdacaq”.

Bunu AK parti sözçüsü Ömər Çəlik tviterdə yazıb.

“Keçmiş olsun arzularını çatdıran hər kəsə təşəkkür edirəm. AK parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin durumları yaxşıdır”, – o bildirib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb. Onlar Mərkəzi Klinikaya yerləşdiriliblər.