USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ərdoğan etibarlı tərəfdaşdır” - Putin

28.10.2022 Siyasət
0 0
Rusiya prezidenti Vladimir Putin dünən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edib. Türkiyə prezidenti Ərdoğanı “etibarlı tərəfdaş” kimi xarakterizə edən Putin, Rusiyanın ABŞ-la dialoqda istənilən problemi həll etməyə hazır olduğunu bildirib.

Rusiya prezidenti Putin çıxışında belə deyib: “Ərdoğan etibarlı tərəfdaşdır. O, heç vaxt üçüncü ölkələrin sifarişi ilə iş görmür. Bir çox məsələlərdə fərqli baxışlarımız olsa belə, öz ölkəsinin maraqlarını nəzərə alır. Ttürkiyə üçün təklif etdiyimiz qaz mərkəzi ilə bağlı dəstəyi yalnız öz ölkəsinin maraqları üçündür”.