USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polşa Rusiya ilə sərhəddə sədd tikir

02.11.2022 Siyasət
0 0
Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi gücləndirir.

Bu barədə Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak deyib.

“Mən Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi artıracaq tədbirlər görmək qərarına gəlmişəm”, – o bildirib.

Onun sözlərinə görə, Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2.5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlayıb: “Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhəddində müvəqqəti maneənin tikintisinə başlanılıb”.

Nazir qərarını Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması ilə izah edib ki, bu da Varşavanın fikrincə, miqrasiya təzyiqi riskləri yaradır.