USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Bosfor boğazından keçən tankerlərdən sığorta tələb edəcək

18.11.2022 Siyasət
0 0
Türkiyə dekabrın 1-dən Bosfor və Çanaqqala boğazlarından keçən tankerlərdən sığorta sənədi tələb etməyi planlaşdırır.

Bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, boğazlar vasitəsilə neft daşıyan gəmilərdən sığorta şirkətindən məktub təqdim etmələri tələb olunacaq. Məktubda sığortanın konkret olaraq bu yükə və reysə şamil olunduğu yazılmalıdır.

Qeyd edək ki, sığortanın təmin edilməsi tələbi Avropada anti-Rusiya sanksiyalarının qüvvəyə minməsinə bir neçə gün qalmış tətbiq edilir.