USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı Gürcüstanı üzvlük üçün hazırladığını bəyan edib

18.11.2022 Siyasət
0 0
Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varqei Avropa İttifaqının Gürcüstanı üzvlük üçün hazırladığını deyib.

Oliver Varqei bu barədə Tbilisiyə işgüzar səfərindən sonra özünün tviter səhifəsində yazıb.

“Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin Avropa İttifaqına üzvlük tərəfdarı olduğunu görürük. Bu, təkcə hökumət üçün deyil, ölkənin bütün siyasi elitası və bu işdə fəal iştirak edən hər kəs üçün çox güclü mandatdır. Biz Gürcüstanı Avropa İttifaqına üzvlük üçün hazırlayırıq”, – deyə o bildirib.

Noyabrın 15-16-da Tbilisiyə səfər edən Oliver Varqei Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili, həmçinin parlament fraksiyalarının nümayəndələri ilə danışıqlar aparıb. Avropa komissarı səfər zamanı ittifaq üzvlüyünə namizəd statusu üçün zəruri olan islahatların gedişini müsbət qiymətləndirib.

İyunun 23-də Aİ liderləri Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi üçün 12 tövsiyə müəyyən ediblər. Buraya korrupsiyaya qarşı mübarizə, qanunun aliliyinin möhkəmləndirilməsi, oliqarxlara qarşı qanunun qəbulu, ombudsmanın seçilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi və digər aspektlər daxildir.