USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail Rusiyaya nota verib

21.11.2022 Siyasət
0 0
İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.

Bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edib və İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.

Eyni zamanda İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulata Rusiyaya xəbərdarlıq da edib: “İran Rusiyadan ballistik raketlər alarsa, Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq”.