USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Taliban” yaraqlılarına Pakistanın bütün ərazisində terror aktları təşkil etməyi tapşırdı

29.11.2022 Siyasət
0 0
Radikal “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı, TTP) bazar ertəsi respublikası hökuməti ilə atəşkəsi dayandırdığını elan edib.

TTP-yə görə, qrup “danışıq prosesini davam etdirmək maraqları naminə sarsılmaz səbir nümayiş etdirib”, lakin “Pakistan ordusu və kəşfiyyat orqanları onun üzvlərini ələ keçirmək və məhv etmək üçün əməliyyatları davam etdirib”.

Bununla bağlı “Təhrik-e-Taliban Pakistan” qruplaşmasının rəhbərliyi atəşkəsi ləğv etmək qərarına gəlib və onun nəzarətində olan yaraqlılara “Pakistanın bütün ərazisində” terror aktları təşkil etmək tapşırılıb.

Qeyd edək ki, Pakistan Talibanı ilə respublika rəhbərliyi arasındakı atəşkəs 2022-ci ilin iyun ayından qüvvədədir.

Xatırladaq ki, “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması əsasən ölkənin şimal-qərb bölgələrində və Əfqanıstanla sərhəddə fəaliyyət göstərir. Onun iştirakçıları Pakistan hökumətinə və ölkədəki hakimiyyət sisteminə qarşı çıxır, şəriət qanunlarına əsaslanan dövlət yaratmağa çalışırlar.