USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanla bağlı məsələyə aydınlıq gətirildi - ““Klan”, “tayfa” kimi yersiz söhbətlər...

29.11.2022 Siyasət
0 0
“Konstitusiya qəbul edərkən preambulada ali niyyət kimi ifadə etmişik ki, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etməliyik. Dövlətimizin sonrakı inkişaf mərhələlərində də ali niyyətə sadiq qalmışıq. Xüsusilə də 2018-ci ildən – islahatların yeni mərhələsindən çox radikal tədbirlərin şahidiyik. Bilirsiniz ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ard-arda əməliyyatlar keçirildi, həm cinayət hüquqi xarakterli, həm də intizam xarakterli tədbirlər görüldü, bəzilərində cinayət təqibi hələ də davam edir. Bütövlükdə kim ki düşünür ki, korrupsiyanın kökünü tam kəsmək mümkündür – açıq deyim, ən ağır cəza təhdidi altında da mümkün deyil. Bütün cəmiyyətlərdə korrupsiya var, amma o cəmiyyətlərdə qorxulu olur ki, mübarizə üçün ali iradə olmasın. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox ciddi ali iradə var”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

O, Naxçıvanda baş verənlərə də münasibət bildirib: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qanunlarımız, Konstitusiya, Prezidentin fərmanları muxtar respublikanın ərazisində vacibdir. Mövcud ali siyasi iradənin ifadə olunduğu hər bir məsələ Naxçıvan üçün mübahisəsiz və müzakirəsiz prioritet olmalıdır. 2019-cu ilin noyabrında Prezident İlham Əliyev muxtar respublikanın Ali Məclisinin sədrini qəbul edərkən bildirmişdi ki, Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, digər faiz isə Bakıdan dotasiya edilir. Cənab Prezident də vəzifə qoymuşdu ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, faiz nisbəti artsın. Təəssüf ki, son baş verənlər fərqli mənzərə ortaya çıxarır. Ərazisi Kəlbəcər və Laçının birlikdə ölçüsü qədər olan, əhalisinin sayı Bakının iki rayonun əhalisinin sayı qədər olan diyarımızda hər hansı nazir 144 milyonluq oğurluq edirsə... Əmin ola bilərsiniz ki, aidiyyatı hüquq mühafizə orqanları Naxçıvanda 1-2 nəfərin cinayət təqibi ilə kifayətlənməyəcək, məsələ kompleks şəkildə həyata keçiriləcək. Yəqin ki, kadr və struktur məsələsinə də baxılacaq. Biz cənab Prezidentin bu istiqamətdə iradəsini görmüşük. Əldə olunan uğurlu nəticələr göstərir ki, doğru yoldayıq. Bu proseslərdə heç bir halda siyasiləşdirmə aparılmamalıdır, “klan”, “tayfa” kimi yersiz, səbatsız söhbətlərin aparılmasına yol verilməməlidir”.