USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu deputatlara vəzifə verildi - Siyahı

02.12.2022 Siyasət
0 0
Milli Məclisdə yeni yaradılacaq 12 parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub.

Bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Aydın Hüseynov - Azərbaycan-Banqladeş, Musayev Elşən - Azərbaycan-Brundi, Mahmudov Rəşad - Azərbaycan-Efiopiya, Həsənova Afət- Azərbaycan-Honduras, Rüstəmxanlı Sabir - Azərbaycan-Kamerun, Qafarov Kəmaləddin - Azərbaycan-Qvatemala, Hüseynov Rəfael - Azərbaycan-Livan, Ramil Həsən - Azərbaycan-Nepal, Hacıyev Emin - Azərbaycan-Nigeriya, Kərimzadə Pərvin - Azərbaycan-Panama, Osmanov Cavid - Azərbaycan-Sudan və Nəsirov Elman - Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına təyin olunmaları təklif edilir.

Qeyd edək ki, qərar layihəsi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.