USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vasif Talıbovun köməkçisindən Naxçıvanda baş verənlərlə bağlı - AÇIQLAMA

05.12.2022 Siyasət
0 0
Xəbər verdiyimiz kimi bir neçə müddətdir mətbuatda Naxçıvanla bağlı yazılar, müzakirələr aparılır. Sosial şəbəkələrdə yazılan şərhlərdə, aparılan müzakirələrdə bir çox insanlar islahatları alqışladığını bildirir.

"Kommersant.az" xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov aparılan əməliyyatlarla bağlı geniş heç nə deyə bilməyəcəyini bildirib: “Hər halda əməliyyatlar başqa yerlərdə də aparılıb.”

Əməkdaşımızın bəs Ali məclisin sədri bu olayları necə qarşılayır? sualına Ramiz Məmmədov belə cavab verib.

“Siz necə qarşılayırsız? Hər bir zaman islahatlar ola bilər. Dövlətin apardığı islahatları heç kəs müzakirə edə bilməz.”