USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsindən ilk açıqlama - VİDEO

27.12.2022 Siyasət
0 0
Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq.

Bu sözləri Naxçıvana yeni təyin edilmiş Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli Real TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, Naxçıvandakı problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır:
“Prezidentin tapşırıqları çoxdur. Onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır”.
Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.