USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çavuşoğlu: "20 ildir can Azərbaycan və Axısqa türklərinə xidmət edirəm"

20.01.2023 Siyasət
0 0
Can Azərbaycan və Axısqa türklərinə də xidmət etmək üçün 20 ildir ki, özümü səfərbər etmişəm.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfəri çərçivəsində Hyuston şəhərindəki Türk vətəndaşlarla görüşü zamanı bildirib.

“Axısqa türklərinin sürgün hekayəsini bir dəfə oxuduqdan sonra o ağrını qəlbimdə hər zaman hiss edirəm. 20 illik siyasi fəaliyyətimdə ölkəmə, millətimə xidmət etmək bir şərəfdir. Amma bir tərəfdən Axısqa türkləri, digər tərəfdən də can Azərbaycana da xidmət etmək üçün 20 ildir özümü səfərbər etmişəm”, - deyə o qeyd edib.

Çavuşoğlu, İkinci Dünya Müharibəsindən sonra Stalin tərəfindən sürgün edilən Axısqa türklərinin bir qisminin Azərbaycanda məskunlaşdığını da xatırladıb./APA