ABŞ prezidenti Bayden evindən və ofisindən çıxan sənədlərə görə problem yaşayır. ABŞ-da böhran dərinləşdikcə Baydendən ani qərar gəldi.
Yayılan məlumatlara görə, gizli sənəd krizini idarə etmək məqsədilə Baydenin hazırkı Baş Qərargah rəisi Ron Klain yaxın həftələrdə vəzifəsini tərk etməyə hazırlaşır. Eyni xəbərə görə, Bayden Klain-dən boşalan vəzifəni Jeff Zientsə həvalə edəcək.
Deyilənlərə əsasən, tapılan sənədlər incələnməyə alınıb. Birləşmiş Ştatlarda sənəd məsələsinin Baydenin məsuliyyətsizliyi, yoxsa unutqanlığı olduğu müzakirə mövzusudur.