USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ərəbistana qarşı tədbir görməkdən imtina etdi

27.01.2023 Siyasət
0 0
Neft İxrac Edən Ölkələr Birliyi (OPEK+) gündəlik neft hasilatını iki milyon barel azaltmaq qərarı verdikdən sonra Vaşinqton tərəfindən Səudiyyə Ərəbistanına qarşı tədbir görülməməsi Co Bayden administrasiyasının müsəlman ölkələri arasında ciddi nüfuza malik və regionda İranın əsas opponenti olan Ər-Riyadla münasibətləri pisləşdirmək istəmədiyindən xəbər verir.

Bu barədə The Washington Post qəzeti Bayden administrasiyasındakı mənbələrə istinadən bildirib.

"OPEK+ birliyinin qərarı həm münasibətlərin özünə (ABŞ və Səudiyyə Ərəbistanı arasında), həm də xarakterinə təsir göstərib. Lakin bu münasibətlər vacibdir. Əməkdaşlıq Vaşinqtonun Ər-Riyada lütfü deyil. Ölkələrimizin qarşılıqlı əlaqələri ABŞ-ın maraqlarının qorunmasına xidmət edir", - məlumatda deyilir.

"Bir neçə ay əvvəl neft hasilatının həcminin azalmasına görə Səudiyyə Ərəbistanını "cəzalandıracağına" söz verən Ağ Ev indi bu məsələni qaldırmır və "iki ölkənin təhlükəsizlik sahəsindəki tarixi əlaqələrindən və krallıq tərəfindən ABŞ-ın Yəməndə və Ukraynada mövqeyinin dəstəklənməsindən" danışır", - "Vaşinqton post" qəzeti yazır.

Qəzetin yazdığına görə, Birləşmiş Ştatların kəskin dəyişən siyasəti Ər-Riyadla gərgin münasibətlərə baxmayaraq, Vaşinqtonun bu münasibətlərin daha da pisləşməsini təkcə krallığın böyük neft ehtiyatlarına görə deyil, həm də müsəlman ölkələri arasındakı nüfuzuna, həm də regionda İranın əsas opponenti olduğuna görə istəmədiyindən xəbər verir.

Lakin Amerikanın hakim dairələrində OPEK+ birliyinin fəaliyyətinin Səudiyyə Ərəbistanının etibarlılığından şübhə etmək üçün əsas olduğuna dair fikir formalaşıb. "Həmçinin, krallığın Çin Xalq Respublikası (ÇXR) ilə münasibətlərinin dərinləşməsi, "insan hüquqları sahəsində mənfi reputasiya" və ABŞ-ın fikrincə 2018-ci ildə amerikalı jurnalist Camal Xaşkacinini ölümündə təqsirkar olan vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun fəaliyyəti ABŞ-da narahatlıq doğurur", - qəzetdə deyilir.

OPEK+ sazişinin iştirakçı ölkələri oktyabrın 5-də Vyanada keçirilən əyani görüşdə noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılmasına qərar vermiş, həmçinin razılaşmanın müddətini 2023-cü ilin sonuna qədər uzatmışdılar. ABŞ hakimiyyətinin fikrincə, OPEK+ birliyinin qərarı Səudiyyə Ərəbistanının öz enerji siyasətini Rusiya ilə razılaşdırdığından xəbər verir. Krallıq hakimiyyəti bununla qəti surətdə razılaşmayıb. Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səud OPEK+ birliyinin qərarında heç bir siyasi səbəb olmadığını və qərarın "tamamilə iqtisadi xarakter daşıdığını" vurğulayıb.