Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük danışıqları davam edərkən, Rasmus Paludan adlı siyasətçinin Stokholm səfirliyi qarşısında Quran yandırması ilə başlayan böhran dünyanın bir nömrəli gündəmi olmaqda davam edir.
CNN İnternational-ın xəbərinə görə, 27 ABŞ senatoru prezident Co Baydenə məktub göndərərək, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənənə qədər Türkiyəyə F-16-ları satmamağı tələb edib.
İsveç və Finlandiyanın üçlü razılaşmanın şərtlərini yerinə yetirdiyini müdafiə edən senatorlar Ukrayna müharibəsinin davam etdiyi kritik bir zamanda Türkiyənin bəyanməməsinin NATO-nun birliyini təhdid etdiyini iddia ediblər.