USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

07.02.2023 Siyasət
14 0
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib.

Kommersant.az xəbər verir ki, o bu barədə “Twitter“də paylaşım edib.

Paylaşımda deyilir: “Hörmətli Mehriban, başsağlığı mesajınız və kədərimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan, çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəkləriniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək gözəldir”.