Rusiyanın Ümumdünya Ticarət Təşkilatından çıxması müzakirə olunur. Lakin fikirlər müxtəlifdir. Hökumət bu addımın Rusiya Federasiyası üçün sərfəli olmayacağını, rüsumlara və investisiyalara təsir edəcəyini düşünür.
Tolstoyun fikrincə, bəzi deputatlar fərqli fikirdədirlər:
"Amma məsələ burasıdır ki, ÜTT-dən çıxmaq daim müzakirə olunur, müxtəlif fikirlər var. Hökumət hesab edir ki, bu, Rusiya Federasiyası üçün sərfəli deyil, üstəlik, bu, investisiyalara təsir edəcək, bizim mallara olan rüsumlara təsir edəcək".