Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələdən zərər çəkənlərə 1 milyard dollar dəyərində humanitar yardım çağırışı edib.
Üç aylıq dövrü əhatə edəcək maliyyə vəsaiti 5,2 milyon insana yardım göstərəcək və ərzaq təhlükəsizliyi, müdafiə, təhsil, su və sığınacaq kimi bir sıra sahələrdə yardım səylərini dəstəkləyəcək. Açıqlamasında BMT-nin Baş katibi Antonio Quterreş Türkiyənin dünyada ən çox qaçqına ev sahibliyi edən ölkə olduğunu xatırladaraq, “İndi dünyanın Türkiyə xalqına dəstək vermə zamanıdır” deyib.