USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ABŞ və Türkiyə NATO-nun əsas müttəfiqi və kritik regional tərəfdaşıdır”

20.02.2023 Siyasət
9 10
Türkiyə ilə münasibətlərlə bağlı ABŞ-dan yazılı açıqlama verilib. ABŞ Dövlət Departamentindən edilən yazılı açıqlamada, ABŞ və Türkiyənin NATO-nun əsas müttəfiqi və kritik regional tərəfdaşı olduğunu ifadə edərək, “Türkiyə və ABŞ NATO müttəfiqləri və uzunmüddətli tərəfdaşlardır" dedi.

ABŞ dövlət katibi Antoni Blinken və xarici işlər naziri Mövlud Çavuşoğlunun 18 yanvar 2023-cü il tarixində ikitərəfli və regional əməkdaşlıq sahələrində hərtərəfli dialoq olan ABŞ-Türkiyə Strateji Mexanizminin dördüncü iclasını keçirdiklərini xatırladan nazir, "Blinken və nazir Çavuşoğlu Görüşdə mövcud təhdidlər və çağırışları müzakirə edib. Münaqişələr qarşısında NATO koordinasiyasının və həmrəyliyinin gücləndirilməsi yolları müzakirə edilib" deyib.

Bildirilib ki, nazirlər NATO-nun Açıq Qapı Siyasətinə uzunmüddətli sadiqliklərini bir daha təsdiqləyiblər, həmçinin ABŞ-Türkiyə müdafiə tərəfdaşlığının gücləndirilməsi, o cümlədən Türkiyə Hərbi Hava Qüvvələrinin modernləşdirilməsini müzakirə ediblər.