USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Zelenskinin bu addımını Baydenə qarşı təhqir kimi dəyərləndirib

21.02.2023 Siyasət
11 1
Konqresmen Marcori Taylor Green Ukrayna prezidenti Vladimir Zelenskinin xarici görünüşü ilə Kiyevə gələn Amerika lideri Co Baydeni təhqir etdiyini düşündüyünü açıqlayıb.

"Zelenski ABŞ prezidentini qarşılayarkən qalstuk belə taxa bilmir. O, kapüşonlu köynəklərdə məmnuniyyətlə pullarımızı götürür. Bayden isə rəsmi geyimdədir. Necə də təhqiramizdir", - deyə o, Twitter-də yazıb.

Qeyd edək ki, siyasətçi dəfələrlə Amerika administrasiyasını Kiyev rejimini ayaqda saxlamaq üçün maliyyə inyeksiyalarına görə tənqid edib.