USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlanıb

21.02.2023 Siyasət
22 8
Suriyadan Türkiyəyə qaçqın axını ilə bağlı iddiaları təkzib edən Milli Müdafiə naziri Hulusi Akar ölkəsinə qayıdan suriyalıların sayını da açıqlayıb.

Akar “Suriyalı qaçqınların zəlzələdən sonra axınla Türkiyəyə daxil olması” iddialarına belə cavab verib: “Bu, tamamilə doğru deyil. Sərhəddə apardığımız yoxlamalarda, hərbi və mülki rəsmilərlə görüşlərimizdə, sərhəd xəttində yerləşən hərbi hissələrimizdə apardığımız yoxlamalarda, sərhəd qapılarında keçirdiyimiz görüşlərdə bu məsələni intensiv müzakirə etdik. Şübhəsiz ki, bu iddialar həqiqətə uyğun deyil. Türkiyədə yaşayan Suriya vətəndaşları evlərini və yaxınlarını itirdikləri üçün öz torpaqlarına qayıdırlar. Türkiyədən Suriyaya birdəfəlik evlərinə və torpaqlarına qayıdan Suriya vətəndaşları var. Hazırda bu rəqəmi 20 mini keçmək üzrədir”.