USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp öldürülməlidir - İRANDAN TƏHDİD

27.02.2023 Siyasət
20 6
İran İnqilab Keşikçiləri Ordusundan çox sərt açıqlamalar gəlib. İran İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı, general Süleymaninin öldürülməsini unutmayan Əmir Əli Hacızadə 2020-ci ildə sui-qəsdin əmrini verən ABŞ prezidenti Donald Trampın öldürülməli olduğunu bildirib.

Əmir Əli Hacızadə 1650 kilometr mənzilə çata bilən “Paveh” adlı yeni qanadlı raket istehsal etdiklərini açıqlayıb. O, əllərində daha uzun mənzilli raketlərin olduğunu da xatırladıb və deyib:

“Allahın izni ilə biz indi ABŞ-ın hərbi gəmilərini 2000 kilometr məsafədən vura bilirik və Avropaya hörmət əlaməti olaraq uçuş məsafəsini 2000 kilometrlə məhdudlaşdırmışıq. "mid edirik ki, avropalılar bu hörməti qoruyub saxlayacaqlar”.

İlk hədəfimiz raketdən müdafiə sistemləri olacaq:

“Bu sistem istədiyimiz nöqtəni vurmağa qadirdir və təbii ki, ilk hədəfimiz raketdən müdafiə sistemləri olacaq”.

CNNTÜRK-ün xəbərinə görə, Hacızadə daha sonra İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən danışıb. O, hücum əmrini verən ABŞ-ın keçmiş prezidenti Donald Tramp və keçmiş dövlət katibi Mayk Pompeodan hələ də qisas almadıqlarını bildirib və bu ifadələrdən istifadə edib:

Sifariş verənləri öldürə bilərik.

“Bəzən insanlar ABŞ itkilərinin az və ya çox olduğunu deyirlər. Baxın, istəsək, o gecə 1000 amerikalı öldürə bilərdik. Amma onlar sadəcə bir dəstə yazıq əsgərdirlər və onları öldürmək bizim üçün o qədər də hədəf vacib deyildi. Trampı, Pompeonu, Makkenzi və buna əmr verən komandirləri öldürə bilərik. Onların hamısı öldürülməlidir”.