USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalara qarşı çıxıb

01.03.2023 Siyasət
14 4
Çavuşoğlu deyib ki, Türkiyə BMT-nin dəstəyi olmadan edilən istənilən sanksiyaların tətbiqinə qarşıdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara BMT-nin dəstəyi olmadan müxtəlif dövlətlərə birtərəfli qaydada tətbiq edilən sanksiyaları dəstəkləmir.

Hindistanda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünə başlamazdan əvvəl Çavuşoğluna "Türkiyə anti-Rusiya məhdudiyyətlərinin tətbiqinə nə qədər müqavimət göstərə bilər" sualı verilib.

"Bizə müqavimət göstərmək lazım deyil, suveren dövlət olaraq öz qərarlarımızı veririk. Biz heç bir birtərəfli sanksiyalara qoşulmuruq, yalnız BMT-nin dəstəyi ilə tətbiq edilən sanksiyaları dəstəkləyirik. Deməli, bu, təkcə Rusiyaya aid deyil, həm də bizə aiddir. Həmçinin İrana və ya başqa ölkələrə də qarşı sanksiyaları dəstəkləmirik”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.