USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bütün gözlər Ankarada: Millət Alyansının “namizədlik” toplantısı başlayıb

02.03.2023 Siyasət
6 6
CHP, İYİ Partiya, Demokrat Partiyası, Səadət Partiyası, DEVA Partiyası və Gələcək Partiyasının daxil olduğu Millət Alyansının gündəm toplantısı başlayıb.

Millət Alyansının ikinci tur çərçivəsində son toplantısı Səadət Partiyasının Qərargahında keçirilir.

Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi toplantıda CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edir.

İclasda Millət Alyansının prezidentliyə namizədinin müəyyənləşdirilməsi gözlənilir.

Görüşdən sonra bəyanatın veriləcəyi bildirilir.