USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə, İsveç və Finlandiya arasında NATO danışıqları başlayıb

09.03.2023 Siyasət
13 2
NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə-İsveç-Finlandiya Daimi Birgə Mexanizminin 3-cü iclası başlayıb.

Finlandiya və İsveçin NATO-ya üzvlük prosesləri ilə bağlı iyun ayında İspaniyanın paytaxtı Madriddə imzalanmış üçtərəfli memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin üçüncü iclası NATO-nun paytaxt Brüsseldəki qərargahında başlayıb.

İsveçdə Qurani-Kərimin yandırılması və Türkiyəyə etirazlar səbəbilə dayandırılan və bu gün yenidən başlayan üçtərəfli görüşdə Türkiyəni Prezidentin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Burak Akçapar təmsil edir. İclasda üç ölkə arasında Madriddə imzalanmış üçlü memorandumdakı öhdəliklərin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq. Kritik görüşdən sonra ölkə nümayəndələrinin mətbuata bəyanatla çıxışı gözlənilir.

Madriddə imzalanan memorandumda NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveç Türkiyə ilə bütün forma və təzahürlərində terrorla mübarizədə tam həmrəylik və əməkdaşlıq nümayiş etdirəcək, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə tam dəstək verəcək. Təhlükəsizlik başda olmaq üzrə terror təşkilatı PKK, PYD/PKK.YPG və FETÖ-yə dəstək verməyəcəyinə dair öhdəlik götürdü. Üç ölkə terrorizm, mütəşəkkil cinayətkarlıqla və digər ümumi sınaqlarla mübarizədə konsensus əsasında əməkdaşlığı inkişaf etdirmək üçün bütün səviyyələrdə, o cümlədən hüquq-mühafizə və kəşfiyyat orqanlarında strukturlaşdırılmış qarşılıqlı dialoq və əməkdaşlıq mexanizmi quracaqlarını bəyan ediblər. Daxili İşlər və Ədliyyə nazirliklərinin, Kəşfiyyat Xidmətlərinin və Təhlükəsizlik orqanlarının ekspertlərinin iştirakı ilə Daimi Birgə Mexanizm yaratmaq düşünülür.

Bundan başqa, memorandumda Finlandiya və İsveç Türkiyəyə qarşı silah embarqosunun olmadığını təsdiqləyərək, bu mövzuda Türkiyə ilə həmrəylik və əməkdaşlıq içində hərəkət edəcəklərini açıqlayıblar.