USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qarabağda yeni savaş başlaya bilərmi? - ŞƏRH

15.03.2023 Siyasət
4 20
“Qarabağda yeni savaşın başlamaq ehtimalı yüksəkdir”.

Kommersant.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində aparılan işlərə mane olmasından, prosesin davam etməməsi üçün yaratdığı əngəllərdən sonra Qarabağda yeni müharibənin nə qədər real olması ilə bağlı suala cavab verərkən deyib.

Politoloq bu əməliyyatları müharibə adlandırmağın doğru olmadığını bildirib:

“Bunu antiterror əməlliyatları prizmasından xarakterizə etsək, daha doğru olar. Mövcud reallıq böyük problemlərdən xəbər verir. Məsələyə ikili prizmadan yanaşmaq lazımdır. Ermənistan çalışır ki, dövlət sərhəddində toqquşmalar baş versin. Nəticədə beynəlxalq aləmdə Azərbaycanı təkləsinlər, sanksiyalar tətbiq olunsun. Bu səbəbdən Ermənistan silahlanmağa davam edir”.

Politoloq qeyd edib ki, bu məsələdə əsas problem "Azərbaycan tələyə düşə bilərmi" sualına cavab tapmaqdır:

“Ona görə də qeyd etməliyəm ki, Azərbaycan bu müharibəni başlayan tərəf olmamalıdır. Lakin Qarabağda məsələ fərqlidir. Orada terrorçular, separatçılar, silahlar var. Azərbaycanın suverenliyini qəbul etməyən qüvvələr, buna dəstək verən tərəflər mövcuddur. Poltioloq onu da əlavə edib ki, 10 noyabr razılaşmasının xüsusi ilə 4-cü bəndində göstərilən bölgədən separatçıların çıxarılması ilə bağlı icra olunmayan bənd var və buna əsasən Azərbaycan antiterror əməliyyatlarını reallaşdıra bilər. Son hadisələr, Ermənistan tərəfin təxribatçı çıxışları, Azərbaycanın bölgənin inteqrasiyası ilə bağlı əhaliyə müraciəti, ordan yox cavab verilməsi, rusların mövqeyi, Dağlıq Qarabağa gizli silah daşınması bu prosesi tezləşdirir. Bəli, bizim müşahidə etdiyimiz məqam odur ki, yaxın zamanlarda Qarabağda antiterror əməliyyatların da başlanması gözlənilir".