USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycandakı vətəndaşlarımızdan xahiş edirik ki..." - SABİQ NAZİR MÜAVİNİ

16.03.2023 Siyasət
2 0
Əvvəlcə qarşıdan gələn seçimlərin dövlətimiz üçün xeyirli olmasını arzu edirəm. Bu seçimlər ölkəmiz, bölgəmiz və Türk dünyası üçün çox önəmlidir. Bölgə və ölkə olaraq kritik bir dövrdən keçirik.

Kommersant.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Türkiyənin sabiq Ekologiya və Şəhərsalma nazirinin müavini, AKP-nin xarici içlər üzrə sədr müavini Mehmet Ceylan bildirib.

Onun sözlərinə görə, bölgəmizdə kifayət qədər sıxıntılar var:

"Rusiya və Ukrayna savaşı 1 ildən çoxdur ki davam edir. Biz cənub qonşumuz Suriya və İraqda PKK teror təşkilatı ilə mübarizə aparırıq. Bir tərəfdən ölkəmizdə çox böyük, yəni, 100 ilin fəlakəti oldu. Bu cür dövrdə Türkiyəyə çox güclü bir iqtidar, güclü bir hökumət lazımdır. Ən azından bu yaraları sağalda biləcək qədər güclü bir hökumət olmalıdır. Zəlzələ bölgəsində yüz minlərlə dağılan binanı yenidən inşa edəcək qədər güclü iqtidar lazımdır. Bu işləri görə biləcək partiya AK partiyadır. Bu işləri görə biləcək şəxs də cənab Rəcəb Tayyib Ərdoğandır. Odur ki, vətəndaşlarımız böyük şəkili görmələrilidirlər. Azərbaycandakı vətəndaşlarımızdan dar düşünməyərək AKP-nin namizədi Rəcəp Tayyib Ərdoğana səs vermələrini xahiş edirik".

M.Ceylan həmçinin qeyd edib ki, seçim günü milli iradəni seçki qutusunda özünü göstərməlidir. Biz bunu Azərbaycandakı vətəndaşlarımızdan gözləyirik. Səsvermə hüququ olan vətəndaşlarımız ölkəsini, vətənini, insanını sevirsə, heç olmazsa, yarım gün sərf edərək səs verməyə getməlidir. Bu bizim vətəndaşlarımızın ən demokratik haqqıdır. Biz AKP olaraq vətəndaşlarımızdan bu fədakarlığı göstərmələrini istəyirik.