"Qərb ölkələrinin Rusiyanı təcridetmə siyasəti baş tutmur", Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Düşmənlərimizin cəhdlərinə baxmayaraq, Rusiyanı beynəlxalq aləmdə təcrid etmək cəhdləri uğursuzluğa düçar oldu. Bunu dost olmayan ölkələrin hakim dairələrinin nümayəndələri dişlərini qıcayaraq da olsa etiraf edirlər", - deyə Lavrov Şuranın iclasında deyib.
O vurğulayıb ki, müasir dünya çoxqütblüdür və az adam öz milli maraqlarını qurban verərək keçmiş metropoliyalar üçün “oddan şabalıd çıxarmaq” istəyir. Ona görə də dünya dövlətlərinin təxminən dörddə üçünün anti-Rusiya sanksiyalarına qoşulmaması tamamilə təbiidir.
O əlavə edib ki, bütün bu ölkələr kollektiv Qərb ölkələrinin misli görünməmiş təzyiq, şantaj və təhdidlərinə baxmayaraq, Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı balanslaşdırılmış mövqe tutublar.