Almaniya Ukraynanın itkiləri fonunda ona hərbi yardımı artırmağı planlaşdırır.
Almaniya Maliyyə Nazirliyi Ukraynaya yardımın 5,4 milyard avroya qədər artırılması barədə razılığa gəlmək niyyətindədir. Hökumət yaxın illərdə Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmaq istəyir.
Məlumata görə, nazirlik komissiya ilə “Təhlükəsizlik, müdafiə və sabitləşmə sahəsində tərəfdaş dövlətlərin gücləndirilməsi” adlı fondun artırılmasını razılaşdırmağı planlaşdırır. Bu il onun üçün artıq 2,2 milyard avro xərclənib.