USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekologiya nazirliyi meşəbərpa işlərini 9%-dək - AZALDIB

28.03.2023 Digər
5 7
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (qısaca – ETSN) yenə də öz vəzifəsinin öhdəsindən gələ bilməyib. Nazirliyin Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması ilə bağlı atdığı addımlar fayda vermir.

Kommersant.az xəbər verir ki, ötən yazılarımızda nazirliyin Bakıdakı ağackəsmə işlərinə silsilə şəkildə “araşdırılır” cavabı verməsi barədə yazmışdıq. İndi isə bu məsələnin statistik tərəfinə də nəzər yetirmək istədik. Belə ki, ETSN yanında Meşələrin İnkişafı Xidməti (qısaca – MİX) tərəfindən 8524 hektar sahədə və ya əvvəlki illə müqayisədə 8,6 faiz az meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib.

ELƏCƏDƏ BAX: Bakı beton şəhərə çevrilib, ETSN isə araşdırma aparır - FOTO

Görülmüş tədbirlər çərçivəsində 797 hektar sahədə meşə əkinləri, 565 hektar sahədə meşə səpinləri işləri aparılıb, 5 hektar sahədə meşə-bağlar, 7 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 7150 hektar sahədə təbii bərpaya kömək göstərilib.

Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 14830,3 hektar təşkil edib.

ETSN ölkədəki müşəbərpa tədbirlərini azaldaraq nəinki Bakını Azərbaycanı beton ölkəyə çevirməsinə az qalıb. Meşələrimiz təbiətə zərərli tullantılardan əziyyət çəkir və ölkəmizə səfər edən turistlər (özəlliklə də ərəb turistlər) meşələrimizə bu kimi tullantılarla zərər verir. ETSN isə yenə də ümidini yerli şirkətlərin Korporativ Sosial Məsluliyyətinə (qısaca – KSM) dikib.

Oxucularımızın əksəriyyətinin biznes və maliyyə sektorunun əməkdaşları olduğunu nəzərə alaraq onlardan xahiş edirik ki, KSM layihələrini meşələrdə təşkil edib ETSN-ə bu işdə yardım əli uzadın.