USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Netanyahunun Baydenə cavabı: İsrail suveren ölkədir

29.03.2023 Siyasət
8 0
İsrailin baş naziri Benyamin Netanyahu mübahisəli məhkəmə tənzimləməsini tənqid edən ABŞ prezidenti Baydenə reaksiya verərək, “İsrail qərarlarını xarici təzyiqlərə, o cümlədən ən yaxşı dostlarına görə deyil, xalqının iradəsi ilə verən suveren bir ölkədir” deyib.

İsrailin baş naziri Benyamin Netanyahu, İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə qaydası ilə bağlı Baydenin "çox narahat olduğu və İsrailin bu yola davam edə bilməyəcəyi" ifadələrinə etiraz edib.

Tvitter hesabında silsilə yazılarda İsrailin baş naziri ölkəsinin “suveren ölkə” olduğunu xatırladaraq, “Baydeni 40 ildən çox tanıdığını və onun İsrailə bağlılığını yüksək qiymətləndirdiyini” ifadə edib.

İsrail və ABŞ arasındakı "sarsılmaz" müttəfiqliyin iki ölkə arasında "zaman zaman yaranan fikir ayrılıqlarını hər zaman aradan qaldırdığını" vurğulayan Netanyahu deyib:

“Mənim administrasiyam geniş konsensusla nail olmağa çalışdığımız üç dövlət səlahiyyəti arasında düzgün balansı bərpa etməklə demokratiyanı gücləndirmək əzmindədir.

İsrail suveren ölkədir və qərarlarını ən yaxın dostları da daxil olmaqla kənar təzyiqlərə deyil, öz xalqının iradəsinə əsasən verir”.