Yunanıstanın baş naziri Mitsotakis Evros bölgəsində Türkiyə ilə sərhəddə hasarın tikintisini başa çatdıracağına söz verib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, Aİ-nin pul ayırıb ayırmamasından asılı olmayaraq, Türkiyə ilə sərhəddə yerləşən Evros bölgəsindəki hasar qeyri-qanuni miqrantlardan qorunmaq üçün tamamlanacaq.
"Sabah mən Evrosda olacağam və Evrosu və vətənimizi immiqrasiya işğalından qoruyan hasarın tikintisini genişləndirmək barədə qərar imzalamaq imkanı əldə edəcəm", - deyə Mitsotakis Gerakas rayonunun sakinləri ilə kampaniya görüşündə deyib.