USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyevin Tacikistana səfəri gözlənilir

31.03.2023 Siyasət
12 0
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Tacikistana rəsmi səfər edəcək.

Kommersant.az Tacikistan mətbuatına istinadən xəbər verir ki, Prezident Tacikistan-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcək.

Məlumata görə, tədbirə 150-dən çox iştirakçının qatılması planlaşdırılır. O cümlədən nazirlər, sahibkarlar, investorlar, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri forumda iştirak edəcək.

Tədbir çərçivəsində iki ölkənin dövlət və özəl sektorunun subyektləri arasında yeni əməkdaşlıq sənədləri imzalanacaq.

Qeyd edək ki, 2022-ci ildə Tacikistan və Azərbaycan arasında mal və məhsul dövriyyəsi 6,2 milyon dollar təşkil edib, bu da ümumi mal və məhsul dövriyyəsinin 0,1%-nə bərabərdir.