USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çavuşoğlu nazirlik karyerasındakı çətin anlardan danışdı

28.04.2023 Siyasət
1 6
Çavuşoğlu səfir Karlovun öldürülməsini ən çətin anlardan biri adlandırıb.

Kommersant.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu nazirlik karyerasında ən çətin məqamların Türkiyə qırıcısının Suriyada Rusiya təyyarəsini vurmasından sonra Moskva ilə münasibətlərdəki böhranın həlli, həmçinin Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi olduğunu deyib:

"2015-ci ildə vəzifəyə başlayanda təyyarə vurulandan sonra ilk zəng etməli olduğum şəxs Rusiyanın xarici işlər naziri (Sergey - red.) Lavrov oldu. Bu, çox ciddi böhran idi. Münasibətləri bərpa etmək 8 ay çəkdi. Sonra isə məni ən çox üzən, Moskvaya enmək üzrəykən Rusiya səfiri Karlovun ölüm xəbərini aldığım zaman oldu”.