USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yoxlayıcının sahibkarı yoxlaya bilməyəcəyi hallar müəyyən edilir

04.05.2023 Siyasət
24 3
Sahibkarlıq sahəsində yoxlama zamanı yoxlayıcının yoxlama apara bilməyəcəyi hallar müəyyən edilir.

Kommersant.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, yoxlayıcı aşağıdakı hallarda yoxlama apara bilməz:

- yoxlanılan hüquqi şəxsin təsisçisi (iştirakçısı) olduqda;

- yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirakçısının), idarəetmə orqanlarının üzvlərinin (rəhbərinin) yaxın qohumu olduqda.

Bu hallar müəyyən edildikdə, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın aparılması haqqında qərarda dəyişiklik edilərək yeni yoxlayıcı təyin edilir və həmin qərar sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.