USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putinlə Ərdoğanın ortaq cəhəti nədir?

22.05.2023 Siyasət
23 4
Jurnalistlər Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovdan Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın xüsusi xarakterinin nə olduğunu soruşublar.

Dmitri Peskov cavab verib ki, Rusiya və Türkiyə liderləri “böyük siyasi təcrübəyə malik, populist hiylələrə öyrəşməyən çox ciddi siyasətçilərdir”.

"Onlar öz sözlərinə cavabdeh olan siyasətçilər və dövlət xadimləridir", - deyə Kreml sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, əsas odur ki, Rusiya və Türkiyə prezidentləri Moskva və Ankara arasında qarşılıqlı faydalı ikitərəfli münasibətlərlə bağlı konkret məsələlərlə məşğul olurlar və bu, ölkələrimizin xalqları üçün vacibdir.