USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Seçimlərdə gözlədiyimiz olmadı" - Əkrəm İmamoğlu

30.05.2023 Siyasət
34 13
İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu seçimlərdən sonra ilk dəfə açıqlama verib.

Kommersant.az xəbər verir ki, Ə. İmamoğlu Maltepe Orhangazi Şəhər Parkında İstanbulun fəthinin 570-ci ildönümündə etdiyi çıxışda fəthin əhəmiyyətini izah etdi.

Dünən yekunlaşan seçkilərdə səs verərək millətin iradəsinin ortaya çıxmasında əməyi olan bütün vətəndaşlara təşəkkür edən İmamoğlu, "Şəxsən mən bu nəticələrə görə təəssüf edirəm" dedi.

Millətin prezident səlahiyyətini Xalq Birliyinin namizədinə verdiyini ifadə edən İmamoğlu, "Əlbəttə heç bir bəhanə yoxdur. Bəli, proses belə bitdi. Uğurlar" ifadələrindən istifadə edib.