USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin gələcəyi və gənclərə çağırış

01.06.2023 Siyasət
24 8
Artıq Suriyaya qayıtmarıq deyənlərin sayı 78 faizə yüksəlib. Suriyalı ailələrin hər biri 5 nəfərdən çox uşaqlı olduğuna görə 20 il sonra Türkiyədə vətəndaşlıq almış suriyalıların sayı 15.5 milyondan çox olacaq.

Kommersant.az xəbər verir ki, bu sözləri Hande Karacasu deyib.

Onun sözlərinə görə, Türkiyə torpaqlarında türksüzləşdirmə siyasəti aparılır. İqtisadi problemlər, işsizlik və suriyalıların lehinə siyasətlər də prosesi daha da sürətləndirir.

"Səssiz işğal artıq səssiz deyil. Türkə ev verməyən ərəb vasitəçiliylə, əfqan təcavüzcüsüylə, suriyalıların demoqrafik basqını ilə gümbür-gümbür gəlir. Türkiyəni tərk edən və tərk etməyi düşünən Türk gəncləri Mustafa Kemal Atatürkün bu sözlərini unutmasın"-deyə H.Karacasu bildirib.

“Məmləkət daxilində iqtidar sahibi olanlar qəflət, yoldan azmış, hətta xain də ola bilər. Hətta bu iqtidar sahibləri öz şəxsi maraqlarını siyasi ambisiyaları ilə birləşdirə bilərlər. Millət yoxsulluq üzündən taqətdən düşə bilər.

Ey türk gələcəyinin oğlu! Bu şəraitdə belə sizin vəzifəniz Türkiyənin İstiqlal və Cümhuriyyətini xilas etməkdir! Möhtac olduğun qüdrət, damarlarındakı əsalət qanında mövcuddur!”