USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev İsveç Kralını təbrik etdi

06.06.2023 Siyasət
23 10
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb.

Kommersant.az xəbər verir ki, təbrikdə deyilir:

"Əlahəzrət,

İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".