USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ yaşayış və iş icazəsi qaydalarını yeniləyir

08.06.2023 Siyasət
11 0
Avropa İttifaqına (Aİ) üzv ölkələr artan işçi çatışmazlığına həll axtarışları çərçivəsində yaşayış və iş icazələrini düzənləyən tənzimləməni yeniləməyə razılaşıb.

Kommersant.az xəbər verir ki, Aİ-yə üzv dövlətlərin Şurası Aİ əmək bazarına qanuni immiqrasiya ilə bağlı qanunların yenilənmiş variantını razılaşdırıb.

Yeniləmə Aİ-nin “lazım olan istedadları AB-yə cəlb etmək” məqsədi daşıyan paketi çərçivəsindədir. Beləliklə, Aİ həm müntəzəm miqrasiyanı artırmaq, həm də ehtiyac duyduğu sahələrdə və peşələrdə çalışacaq insanları əmək bazarına əlavə etmək istəyir.