USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Kanadanın baş naziri ilə görüşüb

12.07.2023 Siyasət
31 7
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb.

Kommersant.az xəbər verir ki, bu barədə Kanadanın baş nazirinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, C.Trüdo Türkiyənin İsveçin NATO üzvlüyünü ratifikasiya etmək qərarını alqışlayıb.

Tərəflər həmçinin Ukraynaya davamlı dəstək və taxıl sazişini müzakirə ediblər.