USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya: Krıma 28 pilotsuz təyyarə hücumunun qarşısı alınıb

18.07.2023 Siyasət
0 0
Rusiya Ukraynanın Krıma 28 İHA hücumunun qarşısının alındığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın gecə saatlarında 28 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasındakı hədəflərə hücuma cəhd etdiyi və bu hücumların qarşısı alındığı bildirilib.

Rusiya hava hücumundan müdafiə sistemlərinin 17 PUA-nı məhv etdiyi, 11-nin isə elektron döyüş alətləri ilə qarşısını aldığı, PUA-ların hədəfə çatmadan vurulduğu bildirilib:

“Bağımlanan terror aktı nəticəsində insan tələfatı və dağıntı olmayıb”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsi dünən Krım körpüsünə Ukrayna qüvvələri tərəfindən iki pilotsuz dəniz maşınının hücumuna məruz qaldığını və bunun “terror hücumu” olduğunu açıqlayıb. Hücum nəticəsində iki nəfər həlak olub.