Bağdaddakı ABŞ səfirliyi artan təhlükəsizlik riskləri səbəbindən İraqdakı Amerika vətəndaşlarını mümkün qədər tez bir zamanda ölkəni tərk etməyə çağırıb.
ABŞ-ın Bağdaddakı səfirliyi təhlükəsizlik xəbərdarlığı edərək, ABŞ vətəndaşlarını bölgədəki münaqişənin şiddətlənməsi səbəbindən dərhal İraqı tərk etməyə çağırdı.
Bəyanatda vətəndaşların təhlükəsiz səyahət edə biləcəkləri anda ölkəni tərk etmələri vurğulandı. Mövcud vəziyyətə görə İraqa kommersiya uçuşlarının əsasən mümkün olmadığı qeyd edilən bəyanatda, ölkəni tərk etmək istəyən Amerika vətəndaşlarına İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyə kimi qonşu ölkələrə quru yolu səyahət variantlarını nəzərdən keçirmələri tövsiyə edildi.
Qeyd edildi ki, əksər sərhəd keçidləri hazırda açıq olsa da, təcili təhlükəsizlik vəziyyətindən asılı olaraq əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər.
Gedə bilməyən və ya qalmağı seçən vətəndaşlara uzunmüddətli sığınacaq ssenarilərinə hazırlaşmaq barədə xəbərdarlıq edildi. Onlara ərzaq, su və zəruri tibbi ləvazimatlar ehtiyatı toplamaq, təhlükəsiz ərazilərdə qalmaq və ABŞ hökumətinin məhdud təxliyə imkanlarını nəzərə almaq tövsiyə edildi. Bu arada, rəsmilər bildiriblər ki, Yaxın Şərqdəki Amerika vətəndaşlarının təxliyəsinə kömək etmək üçün bütün variantlar nəzərdən keçirilir.